Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Polşa qapılarını rusiyalıların üzünə BAĞLADI
2022-ci il sentyabrın 26-dan Rusiya vətəndaşlarının Polşanın hava və dəniz sərhəd keçid məntəqələrində ölkəyə girişini məhdudlaşdıran sərəncam qüvvəyə minib.
Bundan əvvəl analoji tədbirlər piyada və avtomobil keçid məntəqələrində də tətbiq edilib.
İndi Polşaya girmək üçün heç bir səbəbi olmayan şəxsi göyərtəsinə götürən dəniz və hava daşıyıcıları onu öz hesablarına geri göndərməli olacaqlar.
Sentyabrın 19-da Estoniya, Latviya, Litva və Polşa Rusiya vətəndaşlarının ölkəyə girişinə qadağa tətbiq edib. Qərar bazar ertəsi, sentyabrın 19-u saat 00:00-dan qüvvəyə minib. Baltikyanı ölkələrə və Polşaya giriş hətta digər Avropa İttifaqı ölkələri tərəfindən verilmiş Şengen vizası olan rusiyalılar üçün də qadağandır.
Mənbə: Komsomolskaya Pravda
"Polşa" teqi üzrə xəbərlər
- Polşa "gürcü bandaları"nı deportasiya etməyə başlayıb
- Polşa XİN: "ABŞ Ukraynaya yardımı dayandırmaq qərarını müttəfiqlərlə məsləhətləşmədən qəbul edib"
- Renat Dadaşov yeni komandasının ən bahalı futbolçusu oldu
- Renat Dadaşovun "Radomyak"ı seçməsinin səbəbi bəlli olub – Almaniyaya getmək istəyir
- Polşalı mədənçinin müəmmalı qətli: Onu yadplanetlilər öldürüb?