26 
Sen
2022
21:44
501
99
2932
Virtual karabakh

Rusiya Yaponiyanın konsulunu ölkədən qovur

26 Sen, 2022
21:44
2932

Rusiya Yaponiyanın konsulunu ölkədən qovur

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yaponiyanın Moskvadakı səfirliyinin nazir-müşaviri bazar ertəsi Yaponiyanın Vladivostokdakı baş konsulluğunun rəhbəri Motoki Tatsunorinin qanunsuz fəaliyyəti ilə əlaqədar Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.

Konsul “persona non-qrata” elan edilib və 48 saat ərzində Rusiyanı tərk etməsi tələb olunub.

Bu barədə Rusiya XİN məlumat yayıb.

Nazirlikdən bildirilib ki, baş konsulluq əməkdaşının hərəkətləri ilə bağlı Yaponiya tərəfinə sərt etiraz bildirilib və müvafiq məzmunlu nota təqdim edilib.

Xatırladaq ki, Rusiya Federal Təhlükəsizlik Xidməti yaponiyalı konsolu Rusiyanın Asiya-Sakit okean regionu ölkələrindən biri ilə əməkdaşlığının aktual aspektləri, Qərbin sanksiya siyasətinin Primorsk diyarındakı iqtisadi vəziyyətə təsiri ilə bağlı məxfi məlumatları satarkən yaxalayıb.

Mənbə: TASS

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri