Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
“Şimal axını” qaz kəmərindən yanacağın sızdığı yerin görüntüləri - YENİLƏNİB + VİDEO
Danimarka hərbçiləri Baltik dənizində “Şimal axını” qaz kəmərindən yanacağın sızdığı yerdə çəkilmiş videonu yayıblar.
Məlumata görə, qaz kəmərinin üç xətti eyni vaxtda zədələnib.
“Berlingske” qəzeti Danimarkanın Enerji İdarəsindəki mənbəyə istinadən yazıb ki, qaz kəmərindən sızmalar qəsdən törədilmiş hərəkətin nəticəsi ola bilər.
13:44
“Energinet” Danimarkanın elektrik və qaz sisteminin ümumi fəaliyyətinə cavabdehlik daşıyır. Şirkətdən “Şimal axını-1” və “Şimal axını-2” kəmərlərində qaz sızmasından sonra elektrik və qaz sektorunda hazırlıq səviyyəsinin artırılması istənilib”.
Danimarka Enerji Agentliyinin direktoru Kristoffer Bettsauv bununla bağlı açıqlama verib.
“Qaz kəmərlərindən sızma olduqca nadir haldır və buna görə də biz hazırlıq səviyyəsinin artırılmasına ehtiyac duyduq. Son 24 saat ərzində müşahidə etdiyimiz hadisələr bu qərarı almağımıza səbəb oldu”, - deyə o qeyd edib.
Danimarka Enerji Agentliyi elektrik və qaz sektorlarının fövqəladə vəziyyətə keçməsi barədə qərar qəbul edib.
Bildirilib ki, bu, beş mümkün səviyyənin ən yüksəyidir.
10:28
Danimarkanın Bornholm adasının şimal-şərqindəki iqtisadi zonada qaz sızması qeydə alınıb.
Bu barədə Danimarka Dəniz Administrasiyasının saytında dərc edilmiş naviqasiya xəbərdarlığında məlumat verilir.
“Şimal axını” qaz kəmərinin marşrutu adanın şimal-şərqindən keçir.
Xəbərdarlığa əsasən, qaz sızması səbəbindən gəmilərin hərəkəti üçün təhlükə yaranıb. Bununla əlaqədar olaraq, sızmaların qeydə alındığı koordinatların ətrafında beş dəniz mili uzunluğunda qeyri-naviqasiya zonaları yaradılıb.
Mənbə: TASS
Rəylər