28 
Sen
2022
15:30
602
8
2556
Virtual karabakh

Türkiyədə meşələri yandıran terrorçu Suriyada öldürüldü - FOTO

28 Sen, 2022
15:30
2556

Türkiyədə meşələri yandıran terrorçu Suriyada öldürüldü - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyə kəşfiyyatı – Milli İstihbarat Təşkilatı (MİT) ölkə ərazisində meşə yanğınları törədən PKK terrorçusunu məhv edib.  

Bu barədə Türkiyə KİV xəbər yayıb.

Qeyd olunur ki, PKK qruplaşmasının üzvü Sabah Oğur Suriyanın Hələb şəhərində zərərsizləşdirilib.

​Sabah Oğur “İnterpol”un “qırmızı xətti” ilə axtarışda olub.

O, Türkiyə, İraq və Suriyada fəaliyyət göstərən kürd yaraqlılarla daimi əlaqədə olub, müxtəlif terror aksiyalarının hazırlanmasında və təşkilində yaxından iştirak edib.

Mənbə: TRT Haber

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri