30 
Sen
2022
16:52
56
391
1211
Virtual karabakh

İranda aksiyalar zamanı azı 83 nəfər həlak olub

30 Sen, 2022
16:52
1211

İranda aksiyalar zamanı azı 83 nəfər həlak olub

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İranda ölənlərin sayının artmasına və təhlükəsizlik qüvvələrinin sərt müdaxiləsinə baxmayaraq, Məhsa Əmininin ölümü ilə bağlı etirazlar ardıcıl 15-ci gündür ki, davam edir.

Hüquq müdafiəçilərinin məlumatına görə, aksiyalar zamanı azı 83 nəfər, o cümlədən bir neçə uşaq həlak olub.

Dövlət televiziyası çoxlu sayda “üsyançı”nın polis tərəfindən həbs olunduğunu bildirib, bununla belə, onların sayı barədə dəqiq məlumat verilmir. Bundan əvvəl rəsmi mənbələrdə həbs edilənlərin sayı 1 200 nəfər deyilmişdi. Hüquq müdafiəçiləri onların azı 28-nin jurnalist olduğunu bildiriblər.

Qeyd edək ki, 22 yaşlı Məhsa Əmininin əxlaq polisi tərəfindən saxlanıldıqdan sonra ölümü İranda günlərdir səngimək bilməyən aksiyalara səbəb olub.

Mənbə: Reuters

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri