ABŞ-ın Florida ştatını 4-cü kateqoriya intensivliyi ilə vuran “İan” qasırğası tropik yağış fırtınasına çevrilərkən, əyalətdə təbii fəakət nəticəsində həyatını itirənlərin sayı 77-ə yüksəlib.
Digər tərəfdən, Atlantik Okeanında güclənən külək 1-ci kateqoriya qasırğa olaraq Cənubi Karolina ştatına çatıb.
Hündürlüyü 12 metrə çatan dalğalar Floridanın qərb sahillərini yuyub, evləri və iş yerlərini dağıdıb, böyük maddi ziyana səbəb olub.
Mənbə: TASS
11:11
Bu həftənin əvvəlində ABŞ-ın Florida ştatını vuran “İan” qasırğası nəticəsində azı 45 nəfər həlak olub.
Dördüncü kateqoriyaya aid edilən qasırğada küləyin sürəti 250 km/saata çatıb. Ştatda çoxsaylı dağıntılar qeydə alınıb, 2,5 milyona yaxın insan elektrik enerjisindən məhrum olub, telekommunikasiya şəbəkələri sıradan çıxıb, hava limanları bağlanıb.
“İan” post-tropik siklona çevrildiyindən, təhlükənin hələ bitmədiyi qeyd olunur.
Cənubi Karolinada hökumət sakinlərdən evlərini tərk etməməyi tələb edir.
Mənbə: CNN
Rəylər