Okt
2022
10:48
116
44
1065
Virtual karabakh

ABŞ senatoru: “Rusiya Polşada hava limanlarına hücum edə bilər”

3 Okt, 2022
10:48
1065

ABŞ senatoru: “Rusiya Polşada hava limanlarına hücum edə bilər”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Rusiya ordusunun döyüş meydanında bir sıra məğlubiyyətlərindən sonra Prezident Vladimir Putin bəzi obyektlərə hücum əmri verə bilər.

Bunlar Ukraynaya hərbi yardımın paylandığı məntəqələr ola bilər. Hətta Polşadakı hava limanları da bu təhlükə altındadır”.

Bu barədə ABŞ Kəşfiyyat Komitəsindən amerikalı senator Marko Rubio açıqlama verib.

“Əgər o (Vladimir Putin - red.) qərar versə ki, NATO, Avropa və ABŞ Ukraynanı silahlandırmaqla təkcə Rusiyanın müharibəni uduzmasına səbəb olmayacaq, həm də onun hakimiyyət üzərindəki idarəetməsini sarsıdacaq... O zaman Ukraynaya bu silah təchizatının paylandığı bəzi məntəqələrə zərbə vurmaq qərarına gələ bilər ki, bu sıraya Polşa da daxildir”, - deyə Rubio fikirlərinə şərh verib.

Senatorun sözlərinə görə, NATO ölkələri ərazisinə, məsələn, Polşanın hansısa hava limanına hücum ehtimalı indi onu nüvə zərbəsi ehtimalından daha çox narahat edir.

Bununla belə Rubio Putinin Ukraynaya qarşı müharibədə qalib gəlmə ehtimalını təsəvvür belə edə bilmir.

O əlavə edib ki, indi Rusiya ordusunun qarşısında iki seçim var: artıq ələ keçirilən ərazini saxlamağa çalışmaq ki, bu da illərlə davam edə bilər, ya da geri çəkilmək.

Mənbə: UNİAN

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri