Okt
2022
08:20
77
74
2027
Virtual karabakh

Dünyanın ən varlı adamı “Twitter”i almaq üçün yeni təklif göndərib

5 Okt, 2022
08:20
2027

Dünyanın ən varlı adamı “Twitter”i almaq üçün yeni təklif göndərib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Amerikalı sahibkar İlon Mask “Twitter”in hər bir səhmi üçün 54,20 dollar olmaqla, şirkəti satın almaq məqsədilə yeni təkliflə çıxış edib.

Məlumata görə, təklif şirkətə məktub şəklində göndərilib.

Digər təfərrüatlar açıqlanmayb.

Nyu-York Fond Birjasının məlumatlarına görə, “Twitter”in səhmləri çərşənbə axşamı Maskın təklifi ilə bağlı xəbərlərin ortaya çıxmasından sonra 5,39 dollar (12,67%) bahalaşıb. Axşam saatlarında bir səhmin qiyməti 47,93 dollar təşkil edib.

Qeyd edək ki, aprel ayında “Twitter” rəhbərləri Maskın sosial şəbəkəni 44 milyard dollara almağı təklif etdiyini bildirmişdilər.

Mənbə: TASS

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri