Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Litva hakimiyyəti Kseniya Sobçakın ölkəyə daxil olduğunu təsdiqlədi - VİDEO
Litva hakimiyyəti rusiyalı jurnalist Kseniya Sobçakın ölkəyə daxil olduğunu təsdiqləyib.
“Sobçak ölkəyə daxil olmaq hüququna malikdir, çünki onun İsrail pasportu var”, - deyə Respublika Dövlət Təhlükəsizlik Departamentinin direktoru Daryus Yaunişkis bildirib.
O, əlavə edib ki, Sobçak İsrail vətəndaşı olaraq vizaya ehtiyac duymur və ölkədə 90 günə qədər qala bilər.
Yaunişkis həmçinin qeyd edib ki, Sobçakın Litvanın təhlükəsizliyinə təhdid yarada biləcəyinə dair əllərində heç bir məlumat yoxdur.
Xatırladaq ki, ötən gün Kseniya Sobçakın Rusiyadan qaçdığı, barəsində həbs qərarı olmasına baxmayaraq, digər ölkəyə keçməyə nail olduğu bildirilib.
Həmçinin Belarus kanallarında Kseniya Sobçakın Litva ilə sərhədi keçməsini əks etdirən videolar paylaşılıb.
Mənbə: “SHOT” “Telegram”
Rəylər