Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
İspaniyada quraqlıq səbəbindən su elektrik stansiyasının fəaliyyəti dayandırıla bilər
İspaniyanın “Endesa” şirkəti quraqlıq səbəbindən ilk dəfə olaraq ölkənin ən böyük su elektrik stansiyalarından birində elektrik enerjisi istehsalını dayandıra bilər.
Bu barədə bazar ertəsi müəssisənin mətbuat xidmətindən məlumat verilib.
“Yağıntısız hava şəraiti yaxın günlərdə də davam edərsə, “Mekinensa” stansiyasında (Araqon Muxtar İcması) hasilatı dayandırmaq məcburiyyətində qalacağıq. Hazırda anbardakı suyun az olması o deməkdir ki, biz generasiyanı dayandırmalı olacağıq”, - mətbuat xidmətindən bildirilib.
Vurğulanıb ki, işləri dayandırmaq qərarı noyabrın ortalarında verilə bilər.
Qeyd edək ki, “Mekinensa” İspaniyanın on ən böyük su elektrik stansiyasından biridir. Ekspertlərin fikrincə, hava şəraiti dəyişməzsə, o zaman ölkədəki digər su elektrik stansiyaları da öz işini dayandıra bilər.
Mənbə: TASS
Rəylər