Noy
2022
21:24
188
15
1700
Virtual karabakh

İlon Mask “Tesla”nın 4 milyard dollarlıq səhmlərini satıb

9 Noy, 2022
21:24
1700

İlon Mask “Tesla”nın 4 milyard dollarlıq səhmlərini satıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Amerikalı milyarder, “Tesla” və “SpaceX”in sahibi İlon Mask “Twitter” sosial şəbəkəsində nəzarət səhm paketini əldə etdikdən sonra noyabrın 4-dən 8-dək avtomobil şirkətindəki səhmlərinin təxminən 4 milyard dollarlıq hissəsini satıb.

Bu barədə ABŞ Qiymətli Kağızlar və Birja Komissiyası məlumat yayıb.

Son satış nəticəsində Maskın “Tesla”dakı payı 14,7%-dən 14,1%-ə düşüb.

Satışın “Twitter” ilə sövdələşməni maliyyələşdirmək üçün edildiyi bildirilib.

Qeyd edək ki, Mask sosial şəbəkəni 44 milyard dollara alıb.

Mənbə: lenta.ru

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri