18 
Noy
2022
03:45
117
23
2184
Virtual karabakh

Hollivudda film çəkilişləri zamanı güllələnən operatorun həyatı lentə alınır - FOTO

18 Noy, 2022
03:45
2184

Hollivudda film çəkilişləri zamanı güllələnən operatorun həyatı lentə alınır - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Story Syndicate” 2021-ci ilin oktyabrında qəfil güllədən həlak olan “Pas” (“Rust”) filminin operatoru Qalina Hatçinsin həyatından bəhs edən sənədli film hazırlayır.

Məlumata görə, 42 yaşlı ukraynalının həyat və yaradıcılığını araşdıracaq tammetrajlı sənədli film onun əri Mett Hatçinsin razılığı ilə çəkilir. Filmin rejissoru 2020-ci ildə “Circus of Books” (“Kitab sirki”) sənədli filmindəki işinə görə “Emmy” mükafatına namizəd olmuş Reyçel Meyson, prodüseri isə Culi Mets olacaq.

Xatırladaq ki, “Pas” filminin çəkiliş meydançasında məşq zamanı filmin həm də prodüseri olan Alek Bolduin həqiqi döyüş patronları ilə doldurulmuş silahdan atəş açıb. O, silahın boş patronlarla dolu olduğunu zənn edib. Nəticədə operator Qalina Hatçins və rejissor Coel Souza xəsarət alıblar. Rejissor bir neçə saatdan sonra xəstəxanadan buraxılsa da, operatorun həyatını xilas etmək mümkün olmayıb. Filmin çəkilişləri dayandırılıb.

Mənbə: Variety

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri