30 
Noy
2022
12:21
321
49
1872
Virtual karabakh

Rusiyada neft məhsulları saxlanılan çənlərdəki güclü yanğın söndürüldü - YENİLƏNİB + VİDEO

30 Noy, 2022
12:21
1872

Rusiyada neft məhsulları saxlanılan çənlərdəki güclü yanğın söndürüldü - YENİLƏNİB + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyanın Bryansk vilayətində dizel yanacağı çənlərində baş vermiş yanğın tam söndürülüb.

Bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyinin region üzrə Baş İdarəsinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, zərərçəkənlər barədə məlumat yoxdur. Yanğın iki çəndə baş verib.

09:20

Rusiyanın Bryansk vilayətinin Suraj rayonunda ehtiyat neft məhsulları olan 1,8 min kvadratmetr sahədə yanğın baş verib.

Bu barədə bölgənin qubernatoru Aleksandr Boqomaz “Telegram” kanalında bildirib:

“Suraj rayonunda neft məhsulları olan çənlər yanır. Hadisə yerində yanğınsöndürənlər və xilasedicilər işləyir. Zərərçəkənlər barədə məlumat daxil olmayıb”.

Yanğının söndürülməsinə 80-dən çox canlı qüvvə və 30-dan çox texnika, o cümlədən yanğınsöndürən qatar cəlb olunub. Həmçinin Rusiya Fövqəladə Hallar Nazirliyinin Bryansk vilayəti üzrə Baş İdarəsinin aviasiya qrupu da hadisə yerinə göndərilib.

 

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri