30 
Noy
2022
13:52
300
33
1432
Virtual karabakh

Rusiyada daha bir güclü yanğın: Bu dəfə istilik elektrik stansiyasında - FOTO/VİDEO

30 Noy, 2022
13:52
1432

Rusiyada daha bir güclü yanğın: Bu dəfə istilik elektrik stansiyasında - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Permdə (Rusiya) şəhərin ən böyük istilik elektrik stansiyasında (İES-9) güclü yanğın baş verib. 

Bu barədə RF Fövqəladə Hallar Nazirliyindən xəbər verilib.

Bildirilir ki, İES-də qazanxana və turbin sexinin dam örtüyü yanır.

Sosial şəbəkələrdə bununla bağlı kadrlar yayılıb.

Məlumata görə, hadisə nəticəsində azı üç nəfər yaralanıb. Onlardan ikisi yanıq şöbəsinə yerləşdirilib, biri kliniki ölüm vəziyyətindədir.

Müəssisədən 500-dən çox insan təxliyə edilib.

Yanğının səbəbi hələ məlum deyil.

Xatırladaq ki, bu gün Rusiyanın Bryansk vilayətinin Suraj rayonunda ehtiyat neft məhsulları olan 1,8 min kvadratmetr sahədə yanğın baş verib.

Mənbə: “Mash” “Telegram” kanalı

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri