Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Naxçıvanı da silkələyən zəlzələ nəticəsində İranda azı 120 nəfər xəsarət alıb - FOTO
İranın şimal-qərbində Xoy yaxınlığında baş verən zəlzələ nəticəsində azı 120 nəfər xəsarət alıb.
Bu barədə vilayətin qubernatoru Zabiulla Kazemi bildirib.
Onun sözlərinə görə, 200-ə yaxın binaya da ziyan dəyib.
Ölənlər barədə məlumat verilməyib.
Xatırladaq ki, bu gün Türkiyə-İran sərhədində güclü zəlzələ baş verib. Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına görə, yeraltı təkanların maqnitudası 5,9 bal, episentri 2 km dərinlikdə olub. Yeraltı təkanlar Naxçıvan Muxtar Respublikasında 3-5 bal gücündə hiss olunub.
Mənbə: Fars
"İran" teqi üzrə xəbərlər
- İranda hərbi obyektdə partlayış: Ölən və yaralananlar var
- Novruz bayramı İranda "mədəni dəyərlərə zidd" hesab olunub
- İran limanında gəmi yanıb
- İranda ardıcıl istefa xəbərləri: Pezeşkian hökumətində nə baş verir?
- İrandan Azərbaycana 22 kiloqram narkotik vasitə keçirmək istədilər: Dəstə üzvləri ƏLƏ KEÇDİLƏR
Ən çox oxunanlar