Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Ermənistanda 15 hərbçinin öldüyü kazarmadakı yanğının səbəbi bilindi - YENİLƏNİB
Ermənistan Müdafiə Nazirliyinin hərbi hissəsində 15 hərbçinin ölümü ilə nəticələnən yanğın zamanı xilas olmağa çalışan bir neçə nəfər pəncərədən çıxmağa çalışarkən yanıq və digər xəsarətlər alıb.
İlkin məlumatlara görə, yanğın sobaya benzin tökülməsi zamanı baş verib.
Məlum olub ki, kazarmada odun sobası quraşdırılıb. Güclü yanğın baş verən zaman həyətdə növbətçi olub, şəxsi heyət isə otaqda yatıb.
Alov çox güclü olduğundan yatmış əsgərlərin bəziləri yanıb, çıxmaq istəyənlərə isə girişdəki alov mane olub. Hərbi hissənin hərbçiləri içəridəkilərin köməyinə gəlsələr də, onlar da yanğının qurbanı olublar.
Hadisə yerində araşdırmalar tamamlanıb.
10:59
Ermənistan prezidenti Vaaqn Xaçaturyanın imzaladığı fərmanla 2-ci Ordu Korpusunun komandiri Vahram Qriqoryan vəzifəsindən azad edilib.
Ermənistanın İctimai Televiziyasının məlumatına görə, Qriqoryanın müavinləri – polkovnik Miqran Maxsudyan (qərargah rəisi), polkovnik Şiraz Xaçatryan (arxa cəbhə təminatı ilə bağlı müavin), polkovnik Artur Ohanyan (döyüş növbəsi xətti üzrə müavin) da vəzifələri ilə vidalaşacaqlar.
Həmçinin komandir müavini, briqada qərargah rəisi polkovnik-leytenant Rudik Akopyan, arxa cəbhə təminatı üzrə briqada komandirinin müavini Qor Axekyan, briqada mühəndis xidməti rəisi kapitan Tiqran Kazaryan, mühəndis-istehkamçı rota komandiri kapitan Qor Sarkisyan da işdən çıxarılacaqlar.
10:30
Ermənistan Müdafiə Nazirliyinin hərbi hissəsində 15 hərbçinin ölümü ilə nəticələnən yanğının söndürülməsinə beş saat vaxt sərf olunub.
Bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin Xilasetmə xidməti məlumat yayıb.
Hadisə Basarkeçər rayonunun Azat kəndindəki hərbi hissədə baş verib.
Binanın təxminən 104 kvadratmetr ərazisi yanıb. Binadan 15 cəsəd çıxarılıb, üçü müxtəlif dərəcəli yanıqlarla Vardenis tibb mərkəzinə aparılıb.
Ermənistan İctimai Televiziyasının məlumatına görə, insidentlə əlaqədar ikinci ordu korpusunun komandiri və Ermənistan Silahlı Qüvvələrin yanğın təhlükəsizliyi idarəsinin rəisi işdən çıxarılacaqlar.
08:23
Ermənistanda hərbi hissələrin birində, kazarmada yanğın baş verib.
Bu barədə respublikanın Müdafiə Nazirliyi məlumat yayıb.
Hadisə nəticəsində 15 hərbçi ölüb.
Yaralılardan 3-nün vəziyyəti ağırdır.
Mənbə: Sputnik Ermənistan
"Ermənistan" teqi üzrə xəbərlər
- Nikol Paşinyandan etiraf: "Mən böyük səhv etdim"
- Ermənistan Ukraynaya ordu göndərir?
- Ermənistan Yunanıstan və Kiprlə müdafiə sahəsində əməkdaşlıq proqramı imzalayıb
- Paşinyan: "Dəmir yolu əlaqəsinin bərpası ilə bağlı Azərbaycana təklif göndərmişik"
- Ermənistanın baş naziri: "Məhkəmələrdə Azərbaycana qarşı iddiaları geri götürməyə hazırıq"
Rəylər