22 
Yan
2023
14:05
67
207
1953
Virtual karabakh

ABŞ-da atışma zamanı 10 nəfər ölüb, yaralananlar var

22 Yan, 2023
14:05
1953

ABŞ-da atışma zamanı 10 nəfər ölüb, yaralananlar var

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yanvarın 21-də axşam saatlarında ABŞ-ın Kaliforniya ştatının Los-Anceles ətrafı Monterey Park şəhərində naməlum şəxsin (və ya şəxslərin-red) “Çin Yeni ili” festivalının iştirakçılarına atəş açması nəticəsində azı 10 nəfər həlak olub, yaralananlar var.

“Report” xəbər verir. Qeyd edilir ki, hadisə zamanı çoxlu sayda xəsarət alanlar var. Qeyri-rəsmi məlumata görə, hadisə zamanı 16 nəfər yaralanıb.

Hadisə şahidləri bildiriblər ki, əvvəlcə atışmanı atəşfəşanlığın səsi ilə səhv salıblar. 

Əraziyə polis əməkdaşları və tibb işçiləri cəlb olunub. İstintaq başlayıb. Hadisəni törədən şəxsin (və ya şəxslərin-red) taleyi naməlum olaraq qalır. Atışmanın motivləri hələ məlum deyil.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri