27 
Yan
2023
04:44
29
136
1853
Virtual karabakh

Hindistanda qadağan olunmuş filmə baxdıqları üçün onlarla tələbə həbs olundu

27 Yan, 2023
04:44
1853

Hindistanda qadağan olunmuş filmə baxdıqları üçün onlarla tələbə həbs olundu

Hindistanda tələbələr BBC-nin Baş nazir Narendra Modi haqqında hazırladığı sənədli filmə baxdıqları üçün saxlanılıblar.

Cəvahirləl Nehru Universitetində, həmçinin Nyu-Dehli Milli İslam Universitetində təhsil alan və əsasən müsəlmanlardan ibarət olan onlarla tələbə həbs edilib. Yerli hakimiyyət filmin nümayişinin qarşısını almaq üçün şəhərin təhsil müəssisələrinin yerləşdiyi məhəllələrdə elektrik enerjisini qəsdən kəsib.

Qeyd edək ki, Hindistan hakimiyyəti tərəfindən qadağan edilən “Hindistan: Modi sualı” adlı sənədli filmdə onun 2002-ci ildə müsəlmanlarla hindular arasında dini toqquşmaların yatırılmasında iştirakından bəhs edilir. O zaman Modi Qucarati ştatının başçısı olub.

Mənbə: “Foreign Policy”

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri