31 
Yan
2023
05:23
222
27
7908
Virtual karabakh

Rusiyanın Yakutsk şəhərinin fəlakət filminə bənzəyən görüntüləri yayıldı - VİDEO

31 Yan, 2023
05:23
7908

Rusiyanın Yakutsk şəhərinin fəlakət filminə bənzəyən görüntüləri yayıldı - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyanın Yakutsk şəhərinin -50 dərəcə temperaturda görüntüləri lentə alınıb.

Qarla örtülmüş şəhər fəlakət filmlərinə bənzədilib.

Görüntülər videoqraf Mayk Mixaylyukun “Instagram” səhifəsində yayımlanıb.

Videoqrafın çəkdiyi kadrlarda şəhər əhalisi görünmür. Bütün Yakutsk yalnız qar, buz və şaxtaya təslim olub və “buzlu” mavi işıqla işıqlandırılıb.

Yayımlanan videoya verilən şərhlərdə Mixaylyukun bəzi abunəçiləri hətta izləyərkən belə, üşüdüklərini qeyd ediblər.

Digərləri - Yakutiya sakinləri isə bildiriblər ki, -50 dərəcə temperatur ən pis hal deyil və onlar daha aşağı temperaturlara şahid olublar. “-50 normaldır. Mən yaşadığım kənddə -65 dərəcə olur, mən Yakutiyadanam”, - deyə abunəçilərdən biri yazıb.

Mənbə: Lenta.ru

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri