“Nyukasl”ın keçmiş yarımmüdafiəçisi Kristian Atsu dağıntılar altından xilas edilib.
Kahramanmaraşda baş verən 7,7 bal gücündə zəlzələdən sonra “Hatayspor”un futbolçusu dağıntılar altında qalmışdı.
Məlumata görə, artıq xilasedicilər onu taparaq xəstəxanaya göndərə biliblər. Bildirilir ki, qanalı futbolçu nəfəs almaqda çətinlik çəkir, onun sağ ayağında zədə var.
Qeyd edək ki, bundan öncə “Hatayspor”un daha 3 futbolçusu - Burak Öksüz, Bertuğ Yıldırım və Kərim Alıcı, həmçinin məşqçilər korpusunun iki üzvü - Ekrem Ekşioğlu və Osman Ateş də xilas edilib.
Klubun idman direktoru Taner Savutun taleyi isə naməlum olaraq qalır. Xilasedicilər axtarışları davam etdirirlər.
Mənbə: turkiyegazetesi.com.tr
16:21
Türkiyədə zəlzələ nəticəsində dağıntılar altında qalan “Yeni Malatyaspor”un qapıçısı Əhməd Eyüp Türkaslan həlak olub.
Bu barədə yerli idman jurnalisti Göktuğhan Argın özünün “Twitter” hesabından xəbər verib.
“Malatyaspor”un yeni qapıçısı Eyüp Türkaslanın cansız cəsədi dağıntılar altında tapılıb. Ailəsinə və klubuna başsağlığı veririk”, - deyə o, paylaşımında bildirib.
“Hatayspor”un dağıntılar altında qalan idmançılarından ikisi xilas edilib, dördünün isə axtarışları davam edir.
Bu barədə “Hatayspor” klubunun baş məşqçisi, Türkiyə milli komandasının keçmiş qolkiperi Volkan Demirel xəbər verib.
Onun sözlərinə görə, futbolçulardan Burak Öksüz dağıntılar altından çıxarılıb, Bertuğ Yıldırımın və Kerim Alıcının da vəziyyətləri yaxşıdır.
Futbolçulardan Kristian Atsu, Onur Ergün, idman direktoru Taner Savut və tərcüməçi Emrenin axtarışları davam edir.
13:00
Türkiyənin “Hatayspor” klubunun baş məşqçisi, Türkiyə milli komandasının keçmiş qolkiperi Volkan Demirel ölkədə baş verən dağıdıcı zəlzələ ilə əlaqədar insanlardan yardım istəyib.
Volkan Demirel özünün “TikTok” hesabında canlı yayım açaraq deyib:
“Dağıntı çox böyükdür, insanlar çox çarəsizdirlər. Lütfən, yardım edin”.
Qeyd edək ki, bu gecə Türkiyə ərazisində 7,4 maqnitudalı zəlzələ olub. Bildirilir ki, zəlzələnin ocağı Kahramanmaraş şəhərinin Pazarcık rayonu ərazisində 7 km dərinlikdə olub. Son məlumata görə, Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 284-ə çatıb.
“Nyukasl”ın keçmiş yarımmüdafiəçisi Kristian Atsu dağıntılar altından xilas edilib.Kahramanmaraşda baş verən 7,7 bal gücündə zəlzələdən sonra “Hatayspor”un futb...
Rəylər