Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Tokayev Nazarbayevin Elbaşı statusundan məhrum edilməsi haqqında qanunu imzalayıb
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Qazaxıstan Respublikasının birinci prezidenti - Elbaşı haqqında Konstitusiya Qanununun ləğvi haqqında qanunu imzalayıb.
Yanvarın 11-də Konstitusiya Məhkəməsi Elbaşı haqqında qanunun etibarsız sayılması barədə qərar qəbul edib.
Yanvarın 13-də parlament palataların birgə iclasında müvafiq qanunu yekdilliklə təsdiqləyib.
Dövlət başçısının imzaladığı qanuna əsasən, Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayev Elbaşı statusundan və onunla bağlı imtiyazlardan məhrum edilib. Eyni zamanda, o, prezidentlik dövründəki hərəkətlərinə görə məsuliyyətə dair toxunulmazlığını saxlayır, onun şərəf və ləyaqəti toxunulmazdır.
Eks-prezident hazırkı prezidentin maaşının 80%-i həcmində ömürlük pensiya almaq hüququna malikdir, həmçinin mənzil, təhlükəsizlik, sürücüsü və şəxsi avtomobil, ölkə daxilində pulsuz səyahət, tibbi xidmət və kurort müalicəsi almaq hüququna malikdir.
Mənbə: informburo.kz
"Kasım-Jomart Tokayev" teqi üzrə xəbərlər
- Əli Əsədov AZAL təyyarəsinin qəzasının araşdırılmasında köməyə görə Oljas Bektenova təşəkkür edib
- Baş katib: "Azərbaycan sədrliyi AQEM-in səmərəliliyinin artırılmasını hədəfləyir""
- Qazaxıstan daha iki AES-in inşasına başlamağı planlaşdırır
- Tokayev: "AZAL təyyarəsinin "qara qutu"larının Braziliyaya göndərilməsi yeganə düzgün qərardır"
- Qazaxıstan prezidenti ömürlük həbs cəzasını nəzərdə tutan qanun imzaladı