Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Yunanıstanda qatar qəzasında ölənlərin sayı artdı: Matəm elan edildi - YENİLƏNİB + FOTO/VİDEO
Yunanıstanın Larisa şəhəri yaxınlığında sərnişin qatarı ilə yük qatarının toqquşması nəticəsində həlak olanların sayı 36 nəfərə çatıb.
66 nəfər xəstəxanaya yerləşdirilib. Onlardan 6-sı reanimasiyadadır.
Hadisə ilə bağlı ölkədə üç günlük matəm elan edilib.
Ölkədə kütləvi şənliklər və əyləncə proqramlarının bir hissəsi də ləğv ediləcək.
09:14
Yunanıstanın Larisa şəhəri yaxınlığında sərnişin qatarı ilə yük qatarının toqquşması nəticəsində həlak olanların sayı artıb.
Faciə nəticəsində 32 nəfərin öldüyü bildirilir. 85 yaralıdan 53-ü hazırda tibb müəssisələrində qalır. Zərərçəkənlərin qalan hissəsi xəstəxanalardan buraxılıb.
08:33
Yunanıstanın Larisa şəhəri yaxınlığında sərnişin qatarı ilə yük qatarının toqquşması nəticəsində 29 nəfər ölüb, 85 nəfər xəsarət alıb.
Bu barədə yanğınsöndürmə xidmətinin rəsmi nümayəndəsi Vassilis Vatrakoyannis bildirib.
Hadisə yerinə 150 yanğınsöndürən, 40 təcili tibbi yardım maşını və 15 patrul maşını ilə 32 polis əməkdaşı cəlb olunub.
Tibbi yardıma ehtiyacı olmayan 270 sərnişin faciə yerindən təxliyə edilərək avtobusla Salonikiyə göndərilib.
Şahidlər qatarların toqquşmasının təsirinin çox güclü olduğunu, bir neçə vaqonun dərhal yandığını deyirlər:
“Ətrafdakı hər şey yanırdı, sınmış pəncərələrdən çıxdıq”.
Afinadan Salonikiyə gedən istiqamətdə olan qatarda qəza zamanı 350-yə yaxın sərnişin olub.
Yanğınsöndürənlərin dediyinə görə, toqquşan qatarların ilk vaqonları zərbədən tamamilə dağılıb, təkərlər və vaqonların üzlüyünün bir hissəsi dəmiryolu relsindən 100 metr məsafəyə düşüb. Bir-birinə doğru hərəkət edən hər iki qatar naməlum səbəbdən eyni yola çıxıb.

Mənbə: ERT NEWS
"Yunanıstan" teqi üzrə xəbərlər
- Egey dənizində vulkan və zəlzələ qorxusu: Yunan adalarında hazırda vəziyyət necədir?
- Çanaqqalada avtobus qəzası: 40-a yaxın yaralı
- Türk Hava Yolları Almaniya və Yunanıstana uçuşları ləğv etdi
- "Haber Global": "Yunanıstan mətbuatı öz bazasını ABŞ bazası kimi təqdim etdi"
- Tramp ABŞ-nin Yunanıstandakı hərbi bazasını bağlayır