Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Danimarka Müdafiə Nazirliyi əməkdaşlarına “TikTok”dan istifadəni qadağan etdi
Danimarka Müdafiə Nazirliyi əməkdaşlarına iş üçün istifadə etdikləri cihazlarında Çin sosial media tətbiqi “TikTok”dan istifadəni qadağan edib.
Bu barədə martın 6-da nazirlikdən məlumat verilib.
“Müdafiə Nazirliyi əməkdaşlarına iş cihazlarında “TikTok” tətbiqindən istifadəni qadağan etmək qərarına gəlib. Qərar Kibertəhlükəsizlik Mərkəzinin 24 fevral 2023-cü il tarixli tövsiyələrinin davamı olaraq qəbul edilib. Qərara əsasən, bütün əməkdaşlar iş telefonlarında və digər cihazlarda tətbiqi silməlidirlər”, - deyə qurumdan bildirilib.
Xatırladaq ki, bundan əvvəl “TikTok”dan istifadə Ağ Ev, Avropa Komissiyası və Avropa Parlamenti tərəfindən də qadağan edilmişdi.
Mənbə: eurointegration.com.ua
"Çin" teqi üzrə xəbərlər
- Ən böyük hərbi donanmaya sahib ölkə AÇIQLANDI
- Rövşən Rüstəmov: "Çindən gələn blok qatarlarının sayının 3 dəfə artırılması planlaşdırılır"
- "Puma"dakı tək azərbaycanlı: "Şirkəti idarə edən önəmli şəxslərdən olmaq istəyirəm"
- Çin ABŞ-nin 13 hərbi sənaye müəssisəsinə sanksiya tətbiq edib
- Dərmanların heyvanlar üzərində sınaqdan keçirilməsinə daha mərhəmətli alternativ tapılıb
Rəylər