12 
Mar
2023
18:30
33
298
2622
Virtual karabakh

Fransada Korsika dili qadağan edildi - FOTO

12 Mar, 2023
18:30
2622

Fransada Korsika dili qadağan edildi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Korsika dilinin qadağan edilməsi Napoleon Bonapartın vətənində etirazlara səbəb olub. Fransaya məxsus olan adanın məhkəməsi bir neçə gün öncə adanın yerli parlamentində korsika dilinin istifadəsini qadağan etməklə qəzəb doğurub.

Qərarda Fransa konstitusiyasına istinad edərək bildirilir ki, ictimai vəzifələrin icrasında istifadəsinə icazə verilən yeganə dil fransız dilidir.

Dil məsələsinə əlavə olaraq, məhkəmə “Korsika xalqı” ifadəsini də faktiki olaraq konstitusiyaya zidd hesab edib.

Qərar Korsika prefekti - adadakı mərkəzi hökumətin ən yüksək nümayəndəsi tərəfindən açılan məhkəmə iddiasından sonra verilib.

Korsika üçün muxtariyyət tərəfdarı olan aparıcı siyasətçilər hökmü dərhal tənqid ediblər.

Adanın icra şurasının prezidenti Jil Simeoni və Korsika assambleyasının prezidenti Mari Antuanetta Mopertyui bəyan ediblər ki, “Bu qərar Korsika Parlamentinin üzvlərini debatlar zamanı öz dillərində danışmaq hüququndan məhrum etməyə bərabərdir. Bu vəziyyəti qəbul etmək bizim üçün ağlasığmazdır”, - deyə yerli siyasətçilər hökmdən apellyasiya şikayəti verəcəklərini bildiriblər. Onların fikrincə, korsika dilinə fransız dili ilə yanaşı rəsmi status da verilməlidir.

Korsika Millət Partiyasının lideri Jan-Kristof Angelini bəyan edib ki, “qərar bizim üçün təhqir kimi səslənir”. O, bunu “haqsızlıq və biabırçılıq” adlandırıb.

Qeyd edək ki, Korsika Fransanın mərkəzi hökuməti ilə gərgin münasibətdədir. Yerli millətçi hərəkat bir neçə onilliklər ərzində ada üçün daha geniş muxtariyyət və hətta tam müstəqillik tələb edir.

Keçən ay Makron Korsikanın statusunu dəyişdirmək üçün “heç bir tabu olmadığını” söyləyib. Lakin o, israr edib ki, Korsika Fransanın tərkibində qalmalıdır.

UNESCO-nun məlumatına görə, standart italyan dilinə yaxın olan və təxminən 150 min nəfərin danışdığı korsika dili yox olmaq təhlükəsi ilə üz-üzədir.

 

 

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri