17 
Mar
2023
12:12
114
41
3778
Virtual karabakh

Adnan Oktarın yaşadığı “kosmik malikanə”ni rusiyalı milyarder satın aldı - FOTO

17 Mar, 2023
12:12
3778

Adnan Oktarın yaşadığı “kosmik malikanə”ni rusiyalı milyarder satın aldı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Adnan Oktarın həbs olunduğu günə qədər illərdir kirayədə yaşadığı “kosmik malikanə” rusiyalı milyarder Boris Borisenko tərəfindən satın alınıb.

Milyarder Türkiyədə Vaniköy silsiləsində yerləşən malikanə üçün 26 milyon dollar ödəyib.

Adnan Oktarın illərdir İstanbul Vaniköydəki yaşadığı malikanə ötən il məşhur rusiyalı milyarder Roman Abramoviçə satılmışdı. Lakin alıcının Abramoviç olmadığı ortaya çıxıb.

Məlum olub ki, 10 hektarlıq ərazidə yerləşən iki villanı İngiltərədə yerləşən “Pure Fueloil” şirkətinin sahibi Boris Borisenko 26 milyon dollara alıb.

Bu villalar ağacların arxasında olduğu üçün sahil yolundan və qonşu binalardan baxıldıqda görünmür və boğaza mənzərəsi var.

Bu evlər Adnan Oktarın kirayədə qalması, qapıda silahlı mühafizəçilərin növbə çəkməsi, gəlib-gedən lüks avtomobillər səbəbindən bölgədə “kosmik malikanə” kimi tanınır.

Mənbə: Hürriyet

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri