23 
Mar
2023
08:24
21
138
1859
yuxarı
97 yaşlı aktyor sükan arxasında qəzaya düşdü
23 Mar, 2023
08:24
1859
21
138
97 yaşlı aktyor sükan arxasında qəzaya düşdü
“Muzeydə gecə” filmində rol alan məşhur amerikalı aktyor Dik Van Dayk qəzaya düşüb.
Hadisə Malibuda baş verib.
“Lexus” markalı avtomobili idarə edən məşhur darvazaya çırpılıb. Bildirilir ki, aktyor yolun sürüşkən olması səbəbindən idarəetməni itirib. Belə ki, Malibuda güclü leysan yağıb.
Xoşbəxtlikdən Van Dayk çox ciddi xəsarət almayıb. Aktyorun burnu və ağzı qanayıb. Bundan əlavə, həkimlər beyin silkələnməsi qeydə alıblar. Lakin məşhur xəstəxanaya yerləşdirilməkdən imtina edib.
Polis həmçinin bildirib ki, 97 yaşlı Van Daykin huşu yerində olsa da, kino ulduzu qocalıq dövründə nəqliyyat vasitələrini idarə etmək qabiliyyətini sübut etməli olacaq.
Mənbə: tsn.ua
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək