Apr
2023
01:28
90
21
1396
Virtual karabakh

Monteneqroda prezident seçkilərində sabiq nazir qalib gəlib

3 Apr, 2023
01:28
1396

Monteneqroda prezident seçkilərində sabiq nazir qalib gəlib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sabiq iqtisadi inkişaf naziri Yakov Milatoviç Monteneqroda keçirilən prezident seçkilərində təxminən 60 faiz səs toplaraq qalib gəlib.

Bu barədə seçki bülletenlərinin 66%-ni emal etdikdən sonra Monitorinq Mərkəzi (CeMI) tərəfindən açıqlanan "exit-poll" nəticələrində qeyd olunub.

"Səslərin 66 faizini hesablayandan sonra cənab [Milo] Cukanoviç 39,8 faiz, cənab Milatoviç isə 60,2 faiz səs toplayıb", - deyə CeMI nümayəndəsi bildirib.

Qeyd edək ki, hazırkı dövlət başçısı Milo Cukanoviç və “Avropa indi" hərəkatının nümayəndəsi, 2020-ci il dekabrın 4-dən 2022-ci il aprelin 28-dək iqtisadi inkişaf naziri vəzifəsində çalışan Y.Milatoviç prezidentlik uğrunda mübarizədə iştirak edirlər.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri