Apr
2023
09:08
177
81
5535
Virtual karabakh

Rusiyada güclü zəlzələ olub - VİDEO

3 Apr, 2023
09:08
5535

Rusiyada güclü zəlzələ olub - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyanın Petropavlovsk-Kamçatski şəhərindən 44 kilometr aralıda 6,9 bal gücündə zəlzələ qeydə alınıb.

Bu barədə Kamçatka diyarının Fövqəladə Hallar Nazirliyinin ərazi idarəsinin mətbuat xidmətindən məlumat verilib.

Qeyd olunur ki, zəlzələ ocağı Avaçi körfəzində 100 kilometr dərinlikdə olub.

Hadisə şahidlərinin sözlərinə görə, yeraltı təkanlar zamanı Petropavlovsk-Kamçatski şəhərinin sakinləri küçələrə axışıblar, bəzi mağazaların rəfləri yararsız hala düşüb.

Hazırda Petropavlovsk-Kamçatski şəhərinin binalarına baxış keçirilir.

Mənbə: TASS

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri