Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Çavuşoğlu: “Rusiya-Ukrayna müharibəsinin müzakirələr vasitəsi ilə bitəcəyinə inanırıq”
“Biz bu gün Lavrovla “Taxıl dəhlizi”ni də müzakirə etdik. Razılaşma - danışıqların nəticə verdiyini göstərir”.
Bu barədə Ankarada Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Rusiyanın xarici işlər naziri Sergey Lavrovla birgə mətbuat konfransında bəyan edib.
Onun sözlərinə görə bu, təkcə Ukrayna və Rusiyanın taxıl və gübrə ixracı üçün vacib deyil.
“Qlobal ərzaq böhranı dünyada hər bir ailənin yaşadığı problemin azaldılması baxımından əhəmiyyətlidir”, - deyə o vurğulayıb.
Çavuşoğlu Rusiya-Ukrayna müharibəsinin müzakirələr vasitəsi ilə bitəcəyinə inandığını vurğulayıb.
Türkiyə XİN rəhbəri həmçinin Kahramanmaraşdakı zəlzələlərdən sonra Rusiyaya göstərdiyi yardıma görə təşəkkür edib.
Lavrov isə çıxışında Türkiyədəki zəlzələ bölgəsinə yardım göstərməyə davam edəcəklərini bildirib.
“Bizdə də türklərdəki kimi “qara gün dostu” ifadəsi var. Bacardıqca kömək etməyə çalışırıq. Müəssisə və təşkilatlar konkret araşdırmalar aparırlar. Bir daha türk xalqına dərin hüznlə başsağlığı verirəm”, - deyə o bildirib.
Rusiya XİN rəhbəri iki ölkə liderləri arasında səmimi dialoqun olduğunu vurğulayıb.
“Onlar ötən il dörd dəfə üz-üzə görüşüblər. Bu, bizim işimizin dinamikasını müəyyən edir”, - deyə o bildirib.
Mənbə: Haber Global
"Sergey Lavrov" teqi üzrə xəbərlər
- Lavrov: "Qərb Gürcüstanda rəngli inqilab təşkil etməyə çalışır"
- Rusiya və Türkiyə XİN başçıları regional məsələləri müzakirə ediblər
- ABŞ Rusiyanın dərinliklərinə zərbələr endirilməsi üçün "Storm Shadow"dan istifadəyə icazə verdi
- Sergey Lavrov: "Vaşinqtonla əlaqələr məsələsində "top" ABŞ tərəfdədir"
- Fidan Lavrovla regional məsələləri müzakirə edib
Rəylər