May
2023
15:26
16
250
1897
Virtual karabakh

Serbiyada yeniyetmə məktəbdə atəş açdı: Ölənlər və yaralılar var - YENİLƏNİB + FOTO/VİDEO

3 May, 2023
15:26
1897

Serbiyada yeniyetmə məktəbdə atəş açdı: Ölənlər və yaralılar var - YENİLƏNİB + FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Belqradın mərkəzində məktəbdə atəş açan yeniyetmə təhsil müəssisəsinə iki tapança və “Molotov kokteyli” ilə gəlib.

Son məlumata görə, sinif otaqlarından birində binaya baxış zamanı 14 yaşlı yeniyetmənin bel çantasının içərisində 3 ədəd “Molotov kokteyli” tapılıb. O da qeyd olunur ki, tələbə iki tapançadan atəş açıb.

Bundan əvvəl Serbiyanın Daxili İşlər Nazirliyi çərşənbə günü Belqradın mərkəzindəki məktəbdə atışma nəticəsində 9 nəfərin öldüyü barədə məlumatı təsdiqləyib. 

Yeniyetmənin səkkiz məktəblini və bir mühafizəçini qətlə yetirdiyi bildirilib. Daxili İşlər Nazirliyindən deyilib ki, altı uşaq və bir müəllim xəsarət alıb və hazırda onlar xəstəxanadadırlar.

13:04

Serbiyanın Belqrad şəhərində 14 yaşlı yeniyetmə məktəbdə sinif yoldaşlarına atəş açıb.

Yeddinci sinif şagirdi əvvəlcə mühafizəçini öldürüb, daha sonra sinif yoldaşlarını güllələyib. Onun açdığı atəş nəticəsində yeddi uşaq həlak olub, bir neçə müəllim yaralanıb.

Yerli KİV-in məlumatına görə, o, atasından silah oğurlayıb. Məktəblinin narkotikin təsiri altında olduğu da istisna edilmir.

Hadisəni törədən şəxs artıq həbs edilib. 

Mənbə: “MASH” “Telegram”

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri