“Twitter”in sahibi İlon Mask altı həftə ərzində sosial şəbəkənin baş direktoru vəzifəsini tərk edəcəyini bildirib.
O, bu barədə öz səhifəsində yazıb.
“Twitter”in yeni baş direktoru olduğunu elan etməkdən məmnunam. Xanım 6 həftədən sonra işə başlayacaq. Mənim şirkətdəki rolum isə icraçı sədr və texniki direktor, məhsul, proqram təminatı və sistem nəzarəti olacaq”, - iş adamı qeyd edib.
Excited to announce that I’ve hired a new CEO for X/Twitter. She will be starting in ~6 weeks!
— Elon Musk (@elonmusk) May 11, 2023
My role will transition to being exec chair & CTO, overseeing product, software & sysops.
Rəylər