23 
May
2023
08:32
80
12
2751
Virtual karabakh

“WhatsApp” mesaj redaktəsi ilə bağlı yeni funksiyanı elan etdi - FOTO

23 May, 2023
08:32
2751

“WhatsApp” mesaj redaktəsi ilə bağlı yeni funksiyanı elan etdi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“WhatsApp” messenceri istifadəçilərə mesajları göndərildikdən sonra 15 dəqiqə ərzində redaktə etməyə icazə verib.

Bu barədə bazar ertəsi messencerin saytında məlumat verilib.

“Biz yazı səhvini düzəltməkdən, mesaja yeni məzmun əlavə etməyə qədər sizə söhbətlər üzərində daha çox nəzarət imkanı verməkdən məmnunuq. Siz sadəcə redaktə edəcəyiniz mesajın üzərinə klikləməlisiniz və göndərildikdən sonra 15 dəqiqə ərzində müvafiq funksiyanı seçməlisiniz”, - “WhatsApp”dan bildirilib.

Qeyd olunub ki, bu funksiya bütün dünyada əlçatan olacaq, lakin tədricən istifadəyə veriləcək. Bəzi bölgələrdə mesajları redaktə etmək imkanı bir neçə həftə ərzində görünəcək.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri