“Yadplanetlilər Yer kürəsinə gəliblər və hələ də buradadırlar”.
Bu barədə ABŞ-nin Stenford Universitetinin (Kaliforniya) professoru Harri Nolan Nyu-Yorkda tematik konfransda deyib.
Yadplanetlilərin Yer kürəsində olduğunu tam əminliklə bildirən alim iddia edir ki, insanlar hətta onlarla rastlaşıblar, lakin sanki İspan gəmilərini ilk dəfə görən Cənubi Amerika qəbilələrinin nümayəndələri kimi bunda xüsusi bir şey hiss etməyiblər.
“Onlar (yadplanetlilər - red.) peyda olub deyirlər: “Nəyə baxdığınızı başa düşəcək qədər hansınız ağıllısınız? Qarşınızda olanı həqiqi şəkildə görə bilirsinizmi?”, - deyə Nolan bildirib.
Professor yerdənkənar həyatla bağlı konqres dinləmələrində iştirak etdiyini də vurğulayıb. Onun sözlərinə görə vurulan uçuş aparatları üçün tərs mühəndislik proqramları ilə məşğul olan mütəxəssislər var. Nolanın fikrincə, gələcəkdə bu, əsl texniki inqilaba səbəb ola bilər.
Xatırladaq ki, 2020-ci ildə Pentaqon rəsmi olaraq uçan naməlum obyektləri (UNO) əks etdirən üç qısa videogörüntü paylaşmışdı.
“Yadplanetlilər Yer kürəsinə gəliblər və hələ də buradadırlar”.Bu barədə ABŞ-nin Stenford Universitetinin (Kaliforniya) professoru Harri Nolan Nyu-Yorkda temati...
Mənbə: Daily Mail