12 
İyl
2023
13:52
67
270
1836
Virtual karabakh

Medvedev: “Üçüncü dünya müharibəsi getdikcə yaxınlaşır”

12 İyl, 2023
13:52
1836

Medvedev: “Üçüncü dünya müharibəsi getdikcə yaxınlaşır”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bəyan edib ki, Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) Kiyevə hərbi yardımı artırmaq planı mövcud vəziyyəti daha da dalana dirəyir.

Bu barədə o, özünün “Telegram” kanalında yazıb.

D.Medvedev hazırkı durumun üçüncü dünya müharibəsinə doğru apardığını da xatırladıb.

Rusiyanın sabiq prezidenti həmçinin bildirib ki, Ukraynanı ümumiyyətlə heç vaxt NATO-ya qəbul etməyə də bilərlər, sadəcə olaraq, alyans ölkələri bunu ucadan söyləməyə qorxurlar.

D.Medvedev xatırladıb ki, Rusiyanın həyata keçirdiyi hərbi əməliyyatların məqsədlərindən biri də Kiyevin NATO-ya qoşulmasının qarşısını almaq olub və rəsmi Moskva bu iddiasından əl çəkməyib.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri