Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
İranda Məhsa Əmininin anım günü ərəfəsində hökumətin etirazçılara təzyiqləri artıb - FOTO
İranda Məhsa Əmininin anım günü ərəfəsində hökumət etirazçılara təzyiqləri artırıb.
Bu barədə “Azad İran” “Telegram” kanalı “Hengaw” İnsan Haqları Təşkilatına istinadla xəbər yayıb.
Bildirilir ki, Qərbi Azərbaycan əyalətinin Bəykəndi (Bukan) şəhərində daha öncə Məhsa Əmininin (ötən il "Əxlaq" polisi tərəfindən hicab bəhanəsi ilə öldürülən 22 yaşlı gənc qız) ailəsinə dəstək məqsədli bəyanat dərc etmiş 56 vəkil məhkəməyə çağırılıb.
Onların beş gün ərzində Bukan şəhər İnqilab Məhkəməsinə gedib izahat vermələri tələb olunub.
Qeyd edək ki, həmin vəkillər ötən ilin sentyabr ayından Məhsa Əmininin ailəsinə dəstək olduqları səbəbi ilə hökumətin təzyiqlərinə məruz qaldıqlarını bildiriblər və bu təqibləri pisləyiblər.
"İran" teqi üzrə xəbərlər
- BMT məruzəçisi İrana çağırış etdi: "Hesabat üçün məlumat göndərin"
- İran parlamentinin sədri: "Məhəmməd Cavad Zərifin vitse-prezident təyin edilməsi qanunsuzdur"
- İran necə yumşaldı?
- İranlı keçmiş nazir Tehranın İsrailə qarşı kəşfiyyat uğursuzluqlarını etiraf edib
- İranda hər beş şagirddən biri intihar haqqında düşünür
Rəylər