15 
Avq
2023
11:19
55
390
8188
Virtual karabakh

Dağıstanda yanacaqdoldurma məntəqəsindəki partlayışda ölənlərin sayı artdı - YENİLƏNİB + VİDEO

15 Avq, 2023
11:19
8188

Dağıstanda yanacaqdoldurma məntəqəsindəki partlayışda ölənlərin sayı artdı - YENİLƏNİB + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiya Federasiyasının Dağıstan Respublikasının paytaxtı Mahaçqala şəhərindəki yanacaqdoldurma məntəqəsində baş verən güclü partlayış nəticəsində ölənlərin sayı artıb.

Rusiya KİV-in verdiyi məlumata görə hadisə nəticəsində ölənlərin sayı 33, yaralanların sayı 80 nəfərə çatıb.

08:36

Rusiya Federasiyasının Dağıstan Respublikasının paytaxtı Mahaçqala şəhərindəki yanacaqdoldurma məntəqəsində baş verən güclü partlayış nəticəsində ölənlərin sayı 27 nəfərə çatıb. 

Bu barədə Rusiya KİV-i məlumat verir. 

Xəsarət alanların sayı isə 75-ə yüksəlib.

00:40

Rusiyanın Dağıstan Respublikasının paytaxtı Mahaçqala şəhərindəki yanacaqdoldurma məntəqəsində baş verən partlayış nəticəsində ölənlərin sayı 10 nəfərə çatıb. Onların arasında uşaqlar da var.

Son məlumatlara görə, hadisə nəticəsində 50-dən çox insan yaralanıb. 

Bildirilir ki, yanğın yaxınlıqdakı evlərə də keçib. Daha bir partlayış təhlükəsi var.

00:30

Rusiyanın Dağıstan Respublikasının Mahaçqala şəhərində “Globus” ticarət mərkəzinin yaxınlığında yerləşən avtoservis binasında partlayış baş verib.

Hadisə nəticəsində azı 3 nəfər ölüb, 10 nəfər yaralanıb.

Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən verilən məlumata görə, xilasetmə xidmətləri hadisə yerindədir.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri