23 
Avq
2023
01:56
194
25
1651
Virtual karabakh

Türkiyə Çanaqqala boğazını gəmilərin keçidi üçün bağlayıb

23 Avq, 2023
01:56
1651

Türkiyə Çanaqqala boğazını gəmilərin keçidi üçün bağlayıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Regionda davam edən meşə yanğını səbəbi ilə Çanaqqala boğazı Mərmərə dənizi istiqamətində gəmilərin keçidi üçün bağlanıb.

Bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyi “X” sosial şəbəkəsində məlumat yayıb.

“Çanaqqala-Kəpəz bölgəsində baş verən meşə yanğını ilə əlaqədar olaraq Çanaqqala boğazında cənub-şimal istiqamətində gəmilərin hərəkəti müvəqqəti olaraq dayandırılıb. Gəmilərin hərəkəti bir istiqamətdə həyata keçirilir”, - nazirliyin açıqlamasında deyilir.

Beləliklə, gəmilər müvəqqəti olaraq Egey dənizindən Mərmərə dənizinə qədər boğazdan keçə bilməyəcəklər.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri