23 
Avq
2023
19:04
29
293
2559
Virtual karabakh

Hindistanın “Çandrayan-3” stansiyası Aya enib - VİDEO

23 Avq, 2023
19:04
2559

Hindistanın “Çandrayan-3” stansiyası Aya enib - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Hindistanın “Çandrayan-3” avtomatik Ay stansiyası Ayın səthinə uğurlu eniş edib.

Bu barədə öz saytında eniş əməliyyatının canlı yayımını həyata keçirən Hindistan Kosmik Tədqiqatlar Təşkilatı (ISRO) məlumat yayıb.

“Biz Aya rahat eniş etdik, Hindistan Aydadır”, - təşkilatın rəhbəri Şri Somanat “X” sosial şəbəkəsində bildirib.

Stansiyanın enişi Hindistan vaxtı ilə saat 18:02-də (Bakı vaxtı ilə saat 16:32-də - red.) Ayın tədqiq olunmamış Cənub Qütbü regionunda həyata keçirilib.

Bununla Hindistan SSRİ, ABŞ və Çindən sonra aparatını Aya uğurla endirməyi bacaran dördüncü ölkə oldu.

Xatırladaq ki, avqustun 21-də Rusiyanın ilk Ay missiyası iflasa uğrayıb.

Mənbə: Kommersant

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri