Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Rusiyanın müdafiə naziri Sergey Şoyqu Tehranda səfərdədir - YENİLƏNİB
Rusiyanın müdafiə naziri Sergey Şoyqunun başçılıq etdiyi nümayəndə heyəti artıq Tehrandadır.
Bu barədə Rusiya MN-dən məlumat verilib.
Qeyd edilir ki, Rusiyadan olan nümayəndə heyəti İran rəhbərliyi ilə danışıqlar aparacaq.
15:46
“Rusiyanın müdafiə naziri Sergey Şoyqu bu gün Tehrana səfər edəcək”.
Bu barədə “Tasnim” agentliyi öz mənbələrinə istinadla məlumat yayıb.
Bildirilir ki, Rusiya Müdafiə Nazirliyinin rəhbəri İranda İslam Respublikası Silahlı Qüvvələri komandanlığının bəzi nümayəndələri, o cümlədən həmkarı Məhəmməd Rza Aştiani ilə görüşəcək.
Tərəflərin regiondakı hadisələri və ikitərəfli müdafiə əlaqələrini müzakirə edəcəkləri gözlənilir.
Rusiya Müdafiə Nazirliyi hələlik bununla bağlı açıqlama verməyib.
"İran" teqi üzrə xəbərlər
- İran, Çin və Rusiyanın birgə hərbi dəniz təlimləri başlayıb
- ABŞ-nin maliyyə naziri: "İran iqtisadiyyatını çökdürəcəyik"
- İran və Türkiyə XİN başçıları arasında görüş baş tutub
- İran səfiri İsveç XİN-ə çağırıldı
- Trampdan xəbərdarlıq: "Ya İran ABŞ ilə saziş bağlayacaq, ya da tezliklə nə isə baş verəcək"