Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Ermənipərəst Nensi Pelosi ofisindən qovuldu
ABŞ Nümayəndələr Palatasının keçmiş spikeri Nensi Pelosi Kevin Makkartinin istefasından sonra ofisindən qovulub.
Bildirilir ki, spiker səlahiyyətlərini icra edən Patrik Makhenri Pelosiyə elektron məktub vasitəsilə Kapitolidəki ofisini tərk etməli olduğu barədə məlumat verib.
“Zəhmət olmasa, ofisi boşaldın, otağın kilidi dəyişdiriləcək”, - deyə məktubda vurğulanıb.
Məlumata görə, bura spikerin ofisinin istifadəsinə veriləcək; Nümayəndələr Palatasının yalnız bəzi üzvlərinin Kapitolidə bu tipli əlavə otaqları var, qanunvericilər ənənəvi olaraq binanın Senat qanadındakı ofislərdən istifadə edirlər.
Bundan əvvəl ABŞ Konqresinin səsvermə nəticələrinə əsasən, respublikaçı Kevin Makkartinin (Kaliforniyadan) ABŞ Senatının Nümayəndələr Palatasının sədri vəzifəsindən uzaqlaşdırıldığı məlum olub. Onun yerinə respublikaçı, Şimali Karolina ştatının nümayəndəsi Patrik Makhenri ABŞ Nümayəndələr Palatasının müvəqqəti spikeri təyin edilib.
Qeyd edək ki, kaliforniyalı demokrat Nensi Pelosi ermənipərəst mövqeyi ilə tanınır. O, 75 konqresmenin Co Baydenə Ağ Evi Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə çağıran məktubunun təşəbbüskarlarından biridir.
Mənbə: Politico
Rəylər