Okt
2023
18:00
17
161
817
Virtual karabakh

İranda həbs olunan güneyli fəallardan bir aydır xəbər yoxdur - FOTO

4 Okt, 2023
18:00
817

İranda həbs olunan güneyli fəallardan bir aydır xəbər yoxdur - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Güney Azərbaycanda həbs edilən bir sıra milli fəalların vəziyyəti barədə hələ də məlumat verilmir.

Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib.

Bildirilir ki, həbslərindən təqribən bir aya yaxın müddət keçsə də, onlar barədə ailələrinə heç bir məlumat verilməyib.

Həmin milli fəallar arasında Peyman İbrahimi, Murtaza Nurməhəmmədi Nadarlı, Davud Şiri, Əli Babayi, Araz İbrahimnejad, Cavad Sudbər, Əmir Hüseyn Ağayi, Seyid Məhəmmədrza Movəhhed, Mehrdad Qadiri, Aşkan Səadətmehr və İbrahim Əvəzzadənin adı qeyd edilir.

Məlumata görə, milli fəalların ailələrinin rəsmi qurumlara müraciət edərək barələrində məlumat əldə etmək üçün müraciətlərinə müsbət cavab verilmir.

 

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri