28 
Okt
2023
18:10
19
487
5776
Virtual karabakh

Qazaxıstanda mədən qəzası: Ölənlərin sayı artdı - YENİLƏNİB + VİDEO

28 Okt, 2023
18:10
5776

Qazaxıstanda mədən qəzası: Ölənlərin sayı artdı - YENİLƏNİB + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Karaqandadakı “Arselormittal Temirtau” şirkətinə məxsus Kostenko mədənində baş vermiş qəza nəticəsində ölənlərin sayı 33 nəfərə çatıb.

Bu barədə Fövqəladə Xilasetmə Xidmətləri qərargahının rəsmisi Gennadi Silinski məlumat verib.

“33 nəfərin meyitləri tapılıb, 13 nəfər hələ də tapılmayıb, 6 nəfər isə sağ çıxarılıb. Yanğının mənbəyi lokallaşdırılıb”, - Silinski bildirib.

Mənbə: TASS

13:44

Qazaxıstanda Kostenko şaxtasında ölənlərin sayı 28 nəfərə çatıb.

Bu barədə Respublika Fövqəladə Hallar Nazirliyi məlumat verib.

Məlumata görə, hazırda 18 şaxtaçının axtarışları davam edir.

Yeri gəlmişkən, qeyd edək ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev oktyabrın 29-nu şaxtada ölənlərin xatirəsinə Milli Matəm Günü elan edib.

10:26

Karaqandada (Qazaxıstan), Kostenko şaxtasında baş vermiş qəza nəticəsində ölənlərin sayı 21 nəfərə çatıb.

Bu barədə müəssisənin sahibi olan “ArcelorMittal Temirtau” (AMT) şirkətinin icraçı direktoru Viktor Qafiulov məlumat verib.

Son məlumata görə, 252 nəfərdən 205-i şaxtadan çıxarılıb, onlardan 18-i tibbi yardıma müraciət edib. Hazırda mədəndə 23 şaxtaçı qalıb və onların axtarış-xilasetmə işləri davam etdirilir.

09:30

Qazaxıstanın Karaqanda vilayətində Kostenko şaxtasında qəza baş verib.

Faciə nəticəsində azı 16 nəfər həlak olub, daha 18 şaxtaçı müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb.

İlkin ehtimallara görə, metan qazının partlayışı baş verib.

Hadisə zamanı yerin altında 252 nəfər olub, onlardan 205-i çıxarılıb.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev “ArcelorMittal Temirtau” şirkətinin sahibi olan şirkətə sərmayə qoymağı dayandırmağı əmr edib.

“Dövlət başçısı hökumətə şaxtaçıların ailələrinə bütün lazımi yardımların göstərilməsini tapşırıb. Hökumətə şirkətlə investisiya əməkdaşlığını dayandırmaq tapşırılıb”, - Qazaxıstan hökumətinin Mətbuat Xidmətinin bəyanatında deyilir.

Fövqəladə vəziyyətin araşdırılması üçün dövlət komissiyası yaradılıb.

Qeyd edək ki, təqribən iki ay əvvəl “Kazaxstanskaya” mədənində faciə baş vermişdi.

Mənbə: Pravda.ru, “Sputnik” Qazaxıstan, Kazinform

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri