22 
Dek
2023
02:05
43
480
14799
Virtual karabakh

Çexiyada matəm günü elan edildi - YENİLƏNİB + FOTO/VİDEO

22 Dek, 2023
02:05
14799

Çexiyada matəm günü elan edildi - YENİLƏNİB + FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Çexiya hökuməti dekabrın 23-ü Praqadakı Karl Universitetinin fəlsəfə fakültəsində atışma nəticəsində həlak olanların xatirəsinə matəm günü elan edib.

Bu barədə respublikanın baş naziri Petr Fiala Nazirlər Kabinetinin fövqəladə iclasının sonunda keçirdiyi mətbuat konfransında bildirib.

O, qeyd edib ki, atəş hadisədən bir neçə saat əvvəl atasını öldürən 24 yaşlı tələbə David Kozak tərəfindən açılıb. Atışma nəticəsində 14 nəfər həlak olub, 25 nəfər yaralanıb. Onlardan 10 nəfərin vəziyyəti ağırdır. Həmçinin, məlum olub ki, Kozak rus dilində “Telegram” kanalına sahib olub və orada kütləvi qətl planlarını bölüşüb.

Mənbə: TASS

21 dekabr, 22:49

Praqadakı Karl Universitetinin fəlsəfə fakültəsində baş verən atışmanı paytaxtdan təxminən 20 km qərbdə yerləşən Kladno şəhərindən olan 24 yaşlı tələbə David Kozak həyata keçirib.

Bu barədə Çexiya polisi məlumat yayıb.

Müəyyən edilib ki, Kozak bir neçə növ odlu silahın sahibi olub və fakültədə terror aktına öncədən hazırlaşıb. O, silahlara qanuni yolla sahib olub. Bundan əlavə, polis onun qırğından bir neçə saat əvvəl atasını öldürməsindən şübhələnir. David onu zərərsizləşdirmək üçün polis əməliyyatına başladıqdan sonra intihar edib.

Xatırladaq ki, Karl Universitetindəki atışma azı 15 nəfərin ölümünə səbəb olub. Hadisə nəticəsində yaralananların sayı isə artıq 30 nəfərə çatıb.

Mənbə: TASS

21 dekabr, 21:34

Praqada atışma nəticəsində ölənlərin sayı 15 nəfəri keçib, azı 24 nəfər yaralanıb.

Bunu Çexiya polisinin rəhbəri Martin Vondraşek CT24 televiziyasına bildirib.

“Biz bilirik ki, bu faciəli hadisə nəticəsində 15-dən çox insan həyatını itirib. Ən azı 24 nəfər yaralanıb”, - deyə o qeyd edib. Praqa səlahiyyətliləri atəş açan şəxsin intihar etdiyini vurğulayıblar.

21 dekabr, 20:30

Çexiyanın paytaxtı Praqada Karl Universitetində baş verən atışmada 10 nəfər ölüb.

Məlumata görə, insident zamanı azı doqquz nəfər yaralanıb. Bildirilir ki, təhsil müəssisəsindəki insanlar təxliyə edilib və bina tamamilə boşaldılıb.

Mənbə: TASS

21 dekabr, 19:40

Praqada (Çexiya) ali məktəb binasında atışma baş verib.

İlkin məlumatlara görə, insident Karl Universitetinin fəlsəfə fakültəsində yaşanıb.

Yerli polis məlumat verib ki, atışma nəticəsində bir neçə nəfər ölüb, onlarla insan yaralanıb.

Atəş açan şəxsin zərərsizləşdirildiyi bildirilib.

Hadisənin təfərrüatı araşdırılır.

Mənbə: TASS

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri