Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Rusiyada ukraynalı əsirlərin olduğu hərbi təyyarə “Patriot”la vurulub? - YENİLƏNİB + FOTO/ANBAAN VİDEO
Rusiya Dövlət Dumasının hərbi komitəsinin rəhbəri Andrey Kartapolov bildirib ki, göyərtəsində 65 ukraynalı hərbi əsirin olduğu “İl-76” təyyarə üç “Patriot” və ya “İris-T” raketləri ilə vurulub.
Andrey Kartapolov əlavə edib ki, göyərtəsində 80 ukraynalı hərbi əsirin olduğu başqa bir “İl-76” təyyarəsi də həmin istiqamətdə uçub, lakin məlum insidentdən sonra, həmin təyyarə geri qaytarılıb.
“Ukrayna rəhbərliyi gözlənilən mübadilədən yaxşı xəbərdar idi və məhbusların necə təhvil veriləcəyi barədə məlumatlandırılmışdı. İstənilən halda, mütəxəssislər insidenti araşdıracaqlar”, - deyə Rusiya rəsmisi vurğulayıb.
O əlavə edib ki, insidentdən sonra Rusiya Federasiyası ilə Ukrayna arasında əsir mübadiləsinə pauza veriləcək.
Mənbə: News.ru
13:33
Rusiyada qəzaya uğrayan “İl-76” təyyarəsinin göyərtəsində Ukrayna Silahlı Qüvvələrinin əsir götürülmüş və mübadilə üçün Belqorod vilayətinə aparılan 65 hərbçisi, üç müşayiətçi və altı heyət üzvü olub.
Bu barədə Rusiya Müdafiə Nazirliyindən məlumat verilib.
13:18
Rusiyanın Belqorod vilayətində “İl-76” hərbi təyyarəsi qəzaya uğrayıb.
İlkin olaraq məlumatı Rusiyanın “Telegram” kanalları yayıblar.
Bir müddət sonra Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov məlumatı təsdiq edib.
“Hazırda hadisə yerində əməliyyat-istintaq qrupu və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları işləyirlər. Təfərrüat bir müddət sonra açıqlanacaq”, - deyə qubernator vurğulayıb.
İlkin məlumata görə, göyərtədə 63 nəfər olub. Onların hamısının həlak olduğu bildirilir.
Mənbə: “112” “Telegram” kanalı
"Azərbaycan Müdafiə Nazirliyi" teqi üzrə xəbərlər
- Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb
- Ermənistan Azərbaycan ordusunun mövqelərini atəşə tutub
- Müdafiə Nazirliyindən XƏBƏRDARLIQ: Döyüş sursatları məhv ediləcək
- "Aerodromyanı ərazi hüdudlarında nəzarətin həyata keçirilməsi Qaydası" TƏSDİQLƏNDİ
- Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi