Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Aleksey Navalnının ölümünə Kremldən ilk ŞƏRH - YENİLƏNİB + VİDEO
Zindanda həyatını itirən rusiyalı müxalifətçi Aleksey Navalnının ölümü ilə bağlı Kremldən ilk açıqlama gəlib.
Rusiya prezidentinin Mətbuat Xidmətinin rəhbəri Dmitri Peskov söyləyib ki, ölüm hadisəsi ilə bağlı hazırda Rusiya Federal Penitensiar Xidməti müvafiq prosedurları həyata keçirir.
“Bunun üçün xüsusi göstərişə ehtiyac yoxdur. Navalnının ölümünün səbəblərini həkimlər araşdırmalıdırlar”, - deyə Vladimir Putinin mətbuat katibi vurğulayıb.
O əlavə edib ki, hadisə barədə ölkə başçısına məruzə edilib.
Rusiya hakimiyyətinə yaxın mətbuat isə A.Navalnının qan laxtalanmasından (tromb) həyatını itirdiyini yazır.
15:27
19 il müddətinə azadlıqdan məhrum edilən rusiyalı müxalifətçi Aleksey Navalnı vəfat edib.
A.Navalnı Yamalo-Nenetsk Muxtar Dairəsinin Karp qəsəbəsində yerləşən cəzaçəkmə koloniyasında həbs həyatı yaşayırdı.
Mənbə: TASS, RT
Rəylər