Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Ermənistan KTMT-də iştirakını dondurur
Rusiya bir neçə ay öncə Ermənistan əhalisini açıq-aşkar hakimiyyəti devirməyə çağırıb.
Bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan “France 24”ə müsahibəsində bildirib.
Baş nazirin sözlərinə görə, Moskvanın ona qarşı təbliğatı dayanmır.
Paşinyan rusiyalı fərari Dmitri Setrakovun Ermənistanda Rusiya hərbçiləri tərəfindən oğurlanması ilə bağlı xüsusi narahatlığını da ifadə edib.
“Biz ərazimizdə qanunsuz hərəkətlərə dözə bilmərik”, deyən baş nazir İrəvanın tələblərinin cavabsız qalacağı təqdirdə “nəticələrin” olacağı barədə xəbərdarlıq edib.
O, həmçinin Ermənistanın Moskvanın üstünlük təşkil etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) iştirakının “dondurulduğunu” izah edib, eyni zamanda Ermənistanda Rusiyanın hərbi bazasının saxlanmasının gündəmdə olmadığını bildirib.
"Nikol Paşinyan" teqi üzrə xəbərlər
- Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupundan Paşinyana CAVAB
- Paşinyan: "Azərbaycanla sərhədin delimitasiya olunan hissələrindən Aİ missiyasını çıxarmağa hazırıq"
- Paşinyan: "İlin sonuna qədər Azərbaycanla müqavilə imzalamaq üçün hər şeyi edəcəyəm"
- İrəvandan Bakıya göndərilən "strateji saziş"in detalları: Nikolun planı nədir?
- Məmurları "WhatsApp" mesajı ilə işdən azad edən Paşinyan yeni nazirin adını da AÇIQLADI
Rəylər