Qazaxıstanın qərbində yerləşən dörd regionda güclü daşqınlar səbəbindən fövqəladə vəziyyət elan edilib.
Bu barədə Qərbi Qazaxıstan vilayətinin rəhbəri Nariman Tureqaliyev sərəncam imzalayıb.
Rayonun Sırımski, Terektinski, Karatobinski, Burlinski rayonlarında yaşayış evlərini su basıb.
Bölgədə yarısı uşaq olmaqla dörd minə yaxın insan təxliyə edilib.
Daşqınlardan zərər çəkənlər üçün operativ təxliyə mərkəzləri təşkil olunub.
Qazaxıstanın regionlarında fövqəladə vəziyyət elan edildi - VİDEO
Mənbə: Kt.kz
Rəylər