Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
SEPAH bəyanat yaydı: “Bu, iki generalın öldürülməsinə cavabdır”
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsrailə hücuma başladığını təsdiqləyən bəyanat yayıb.
Bəyanatda bildirilib ki, bu, İsrail ordusunun bu ayın əvvəlində Dəməşqdəki konsulluq binasına endirdiyi zərbəyə, iki general da daxil olmaqla bir neçə SEPAH üzvünün öldürülməsinə cavabdır.
SEPAH İsraildəki xüsusi hədəfləri onlarla pilotsuz uçuş aparatı, raketlərlə və qanadlı raketlərlə vuracağını bəyan edib.
Mənbə: timesofisrael.com
Ən çox oxunanlar
Rəylər