15 
Apr
2024
10:26
10
104
1720
Virtual karabakh

İranın İsrailə hücumu qızılın qiymətinə təsir edib

15 Apr, 2024
10:26
1720

İranın İsrailə hücumu qızılın qiymətinə təsir edib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İranın İsrailə hücumu fonunda qızılın dünya qiymətlərinin səviyyəsi artıb.

Bu barədə Nyu-Yorkun “Comex” birjasının nəticələrindən məlum olub.

Məlumata görə, qızılın qiyməti 1% artaraq troya unsiyası üçün 2,4 min dollara yaxınlaşır.

İyun ayı qızıl füçersləri 25,3 ABŞ dolları və ya 1,08% bahalaşaraq bir troya unsiyası üçün 2 385,25 dollar olub. Gümüşün may füçersləri 1,48% artaraq bir unsiya üçün 28,385 dollar olub.

Xatırladaq ki, aprelin 14-nə keçən gecə İran silahlı qüvvələri İsrail ərazisinə 185 pilotsuz uçuş aparatı, 36 qanadlı raket və  “yer-yer” sinfinə aid olan 110 raket atıb. Tehran bəyan edib ki, bu, aprelin 1-də ölkənin Dəməşqdəki (Suriya) konsulluğuna edilən hücuma cavabdır.

Mənbə: RIA Novosti

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri