14 
Apr
2024
01:40
406
452
17935
Virtual karabakh

İran İsrailə qarşı PUA-ların üçüncü dalğasını buraxdı - YENİLƏNİB + VİDEO

14 Apr, 2024
01:40
17935

İran İsrailə qarşı PUA-ların üçüncü dalğasını buraxdı - YENİLƏNİB + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İran İsrailə qarşı pilotsuz uçuş aparatlarının (PUA) üçüncü dalğasını buraxıb.

Oxu.Az bildirir ki, bu barədə İsrailin "Kanal 12" telekanalı xəbər yayıb.

Bundan əlavə, telekanalın məlumatına görə, İranın İsrailə doğru uçan bəzi pilotsuz təyyarələri Suriya səmasında ələ keçirilib. 

Qeyd edək ki, daha əvvəl İrana məxsus onlarla pilotsuz təyyarənin İraqın cənub əyalətləri üzərindən İsrail ərazisinə doğru uçduğu bildirilib. İrandan buraxılan döyüş başlıqlı pilotsuz təyyarələr İordaniya ərazisi üzərində də müşahidə edilib.

00:16

İran İsrailə pilotsuz uçuş aparatları ilə hücuma keçib.

Bu barədə İsrailin yerli radiosu məlumat yayıb.

Həmçinin bildirilir ki, Tel-Əviv yaxınlığındakı Ben Qurion hava limanı gecə saatlarında üç saat bağlı olacaq.

Mənbə: TASS

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri